Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AFFA-nın mükafat sistemindən narazılıq edib.

Rekord.az-a daxil olan məlumata görə, italiyalı məşqçi yeri gəldi-gəlmədi, hər oyuna görə böyük məbləğdə mükafat təyin edilməsinə müsbət yanaşmır.

Deyilənə görə, hətta, Belarus üzərindəki qələbəyə görə, hər futbolçuya 15 min manat mükafat verilməsinə də isti yanaşmayıb. De Byazi onun tərəfdarıdır ki, mükafatlar daha vacib oyunlar üçün təyin olunsun. Hər adi oyuna görə mükafatın təyin olunması futbolçuların psixologiyasını və oyuna köklənməsinə mane olur. Necə ki, Belarusla oyunna görə 15 min manat alan futbolçular ardınca 2 ildir qələbəyə həsrəy qalan Moldovaya məğlub oldu.