Türkiyə millisinin üzvləri Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında mükafatçılar sırasında yer alıblar.

Rekord.az xəbər verir ki, Şevval İlayda Tarhan-Yusuf Dikeç tandemi gümüş medal qazanıb.

Fəxri kürsünün ən yüksək pilləsinə Eşa Sinqh-Şiva Narval (Hindistan) cütlüyü qalxıb. C.Ranxin-J.Boven (Çin) cütlüyü isə bürünc medala yiyələnib.