Bakıda təşkil edilən atıcılıq üzrə dünya çempionatında bu gün qeyri-olimpiya növü üzrə ilk yarış və mükafatlandırma mərasimi baş tutub.

Rekord.az xəbər verir ki, kişilərin uzanaraq 50 metr məsafəyə tüfəngdən atəşaçma yarışının qalibi Pyotr Nimburski olub.

Çexiyalı idmançı 626.5 xal toplayaraq, qızıl medala sahib çıxıb. Çinli atlet Du Linşu 625.2 xalla ikinci yeri tutub. Bürünc medalı isə 625.0 xal yığan İsveçrə təmsilçisi Yan Loxbihler qazanıb.

Komanda yarışında Norveç birinci, Almaniya ikinci, Çin üçüncü olub.

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.