Serbiyanın paytaxtı Belqradda boks üzrə keçiriləcək dünya çempionatının püşkü atılıb. Rekord.az xəbər verir ki, oktyabrın 25-dən noyabrın 6-dək davam edəcək mindialda Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.

Komandamızın heyətində ilk olaraq rinqə Ümid Rüstəmov çıxacaq. O, kubalı boksçu ilə üz-üzə gələcək.

İlk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçu mübarizə aparacaq. 2,6 milyon dollar mükafatı fondu olan mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq. Qaliblərə həmçinin kəmərlər də təqdim ediləcək.

25 oktyabr
57 kq
1/32 final
Ümid Rüstəmov – Osvel Kaballero Qarsia (Kuba)

26 oktyabr
51 kq
1/16 final
Məsud Yusifzadə – Enxmandağ Xarxuu (Monqolustan)

63,5 kq
1/32 final
Malik Həsənov – Xuan Reyes Donis (Qvatemala)

92 kq
1/32 final
Rauf Rəhimov – Luis Uilliams (İngiltərə)

27 oktyabr
60 kq
1/32 final
Tayfur Əliyev – Çarles Petit-Homm (Haiti)

86 kq
1/16 final
Alfonso Dominqes – Tavfiqulla Suleymani (AİBA)

28 oktyabr
+92 kq
1/16 final
Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

29 oktyabr
71 kq
1/16 final
Sərxan Əliyev – Stefen Nevns (Şotlandiya)/Luis Da Silva (Braziliya)

30 oktyabr
75 kq
1/16 final
Mirşərif Kazımzadə – Aaron Prins (Trinidad və Tobaqo)/Soma Mester (Macarıstan)