Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək.

Rekord.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma 1/4 finalda İspaniya seçməsi ilə mübarizə aparacaq.

Komandalar iki görüş keçirəcəklər. Yekunda qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq.

Azərbaycan millisi B qrupunu ikinci sırada başa vurub. Dünya çempionatı noyabrın 25-də başa çatacaq.