Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Oyunlar iyulun 5-dən 9-dək “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:
 
5 iyul. Saat 18:45
Azərbaycan – Moldova
 
6 iyul. Saat 18:45
Azərbaycan – Estoniya
 
7 iyul. Saat 18:45
Azərbaycan – İtaliya