
DÇ-2030: Səudiyyə Ərəbistanı geri çəkildi
- 23 İyn 2023 11:00
- 315
Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək dünya çempionatının ev sahibliyindən imtina edib.
Rekord.az “Marca”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı DÇ-2030-u Yunanıstan və Misirlə birgə qəbul etmək fikrindən vaz keçib.
Onlar bunun üçün FİFA-ya ərizə təqdim etməli idilər. Amma Səudiyyə Ərəbistanının xarici işlər naziri tərəfdaşlara geri çəkildiklərini bildirib. O, əsas rəqibləri hesab olunan İspaniya, Portuqaliya və Mərakeşi üstələməyin qeyri-mümkün olduğunu deyib.
Argentina, Uruqvay, Paraqvay və Çili də DÇ-2030 üçün birgə müraciətə hazırlaşırlar.