
DÇ-2022-yə vəsiqə qazanan 15-ci komanda
- 03 Fev 2022 14:45
- 498
Cənubi Koreya Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, Cənubi Koreya yığması Asiya zonası üzrə seçmə mərhələnin qrup mərhələsini lider bitirib və mundiala vəsiqə qazanıb.
Cənubi Koreya yığması DÇ-2022-yə iştirak hüququ əldə edən 15-ci komanda olub.
Mundiala daha əvvəl ev sahibi Qətərlə yanaşı, Almaniya, İngiltərə, Braziliya, Argentina, Fransa, Belçika, Xorvatiya, İspaniya, Serbiya, İsveçrə, Niderland, İran və Danimarka vəsiqə əldə edib.