
DÇ-2022-nin açılış oyunu bu səbəbə görə dəyişdirilib
- 30 Apr 2022 12:21
- 529
Qətərdə keçiriləcək DÇ-2022-nin açılış matçının dəyişdirilməsinin səbəbi məlum olub.
Rekord.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mundialın açılış matçında ev sahibi Qətər Ekvatorla oynamalı idi. Lakin turnir cədvəlinin açıqlanmasından sonra ilk görüşdə Seneqalın Niderlandla qarşılaşacağı məlum olub. Belə qərarın verilməsinə səbəb isə Qətər əmiri Təmim bin Həməd Əl Haninin israrıdır. O, ölkəsinin milli komandasının ilk oyunu öncəsi nəhəng atəşfəşanlıq təşkil etmək istəyib. Açılış matçı yerli vaxt ilə saat 13:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacağı üçün bu atəşfəşanlığın təsiri əmirin istədiyi kimi hiss edilməyəcəkdi. Buna görə də FİFA Qətərin oyununun zamanının axşam saat 19:00-a (Bakı vaxtı ilə 20:00) keçirilməsinə razılıq verib.
Qətər 2002-ci ildən bəri açılış matçında iştirak etməyən ilk ev sahibi ölkə olacaq.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.