Darvin Nunyesin yeni klubu bəlli oldu
- 16:00
- 23
Uruqvay millisinin hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanında komandasını dəyişib.
Rekord.az xəbər verir ki, 27 yaşlı futbolçu "Əl-Hilal"dan "Əl-Diriyyə" keçib.
Bu barədə onun yeni klubu rəsmi məlumat yayıb. Nunyes "Əl-Diniyyə" ilə 1 illik icarə müqaviləsi bağlayıb.
Bu ilin yanvar ayından Nunyes "Əl-Hilal"da oyuna çıxmır. Kərim Benzemanın transferindən sonra legioner limiti səbəbindən Darvinin adı yerli çempionat üçün sifariş vərəqəsindən çıxarılıb.