Daha bir futbolçu Avropadan ABŞ-a üz tutub.

Rekord.az xəbər verir ki, söhbət Danimarkanın "Midtyulland" klubunun 31 yaşlı mərkəz müdafiəçisi Erik Svyatçenkodan gedir.

O, ABŞ-ın “Hyuston Dinamo” klubuna keçib. Müqavilə 2+1 formatında bağlanılıb və dəyəri 1.3 milyon avrodur.