"Hələ ki, Azərbaycandan təklifim yoxdu. Amma yayda olacağını düşünürəm".

Rekord.az xəbər verir ki, bu sözləri sportal.az saytına açıqlamasında Onur Albayrak deyib.

21 yaşlılardan ibarət yığma komandamızda oynamış müdafiəçi hazırda Danimarkada “Vorup” forması geyinir.

O, mövsüm sonunda Azərbaycan klublarından biri ilə müqavilə imzalamaq niyyətində olduğunu bildirib. “Randers” yetirməsi olan futbolçu Azərbaycanın əsas millisində oynamaq fikrindədi: "Ümid edirəm ki, məni Azərbaycan millisinə dəvət edərlər. Allah qoysa, bu yay dəvət olar".

Albayrak Danimarkanın U17 və U-18 yığmalarında da oynayıb.