Dambrauskas mətbuatın önünə çıxacaq
- 16:00
- 17
“Sabah” sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “KuPS”la cavab oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, bu gün “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat önünə çıxacaq. Litvalı mütəxəssis saat 18:30-da yerli medianın suallarını cavablandıracaq. Komandanın son məşqi konfransdan yarım saat sonra başlayacaq.
“KuPS” – “Sabah” matçı sabah “Vyare Arena” stadionunda keçiriləcək və oyuna saat 19:00-da start veriləcək.