
Daha iki məşhur “Əl-Nəsr”in hədəfində
- 02 Yan 2023 13:20
- 520
“Əl-Nəsr” yalnız Kriştiano Ronaldo ilə kifayətlənmir.
Rekord.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu ondan başqa daha iki məşhur futbolçunu heyətinə qatmaq istəyir.
“Marca” qəzetinin yaydığı xəbərə görə, rəhbərlik PSJ-nin müdafiəçisi Serxio Ramosla maraqlanır. “Əl-Nəsr”in Ronaldonu transfer edəndən sonra ispan oyunçunu almağa çalışacağı iddia edilir. Qeyd edək ki, Ronaldo ilə Ramos 2009-18-ci illərdə “Real”da oynayıblar.
“Barselona”nın oyunçusu Serxio Busketsin də Səudiyyə Ərəbistanı klubuna keçəcəyi gözlənilir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb. İspaniya nəşri “Əl-Nəsr”in qış “transfer pəncərəsi” dövründə Busketsi almağa hazırlaşdığını yazıb. İspaniyalı yarımmüdafiəçiyə maraq onun Kataloniya klubundakı gələcəyinin qeyri-müəyyənliyi ilə bağlıdı. Busketsin “Barselona” ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdi. Bu isə onun artıq yanvarın 1-dən istənilən klubla danışıq aparmaq hüququna malik olduğunu göstərir.