AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilmiş müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında keçirilməli olan “Ağsu Siti” – “Ərgünəş” qarşılaşması “Ərgünəş” komandası oyuna vaxtında gəlmədiyi üçün keçirilmədiyinə görə “Ərgünəş”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasında keçirilən “Difai” – “Çinar Zəngilan” oyunu bitdikdən sonra “Difai”nin futbolçusu Fərid Bədəlov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb. Oyun bitdikdən sonra “Difai”nin futbolçusu Gülalı Mehrəliyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilən “Şimal Elit” – “Səbail” oyununda “Şimal Elit”in futbolçusu Rəsul Şahməmmədov rəqib oyunçunu təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-15 Liqasında keçirilən “Zirə” – “Vətən” oyununda “Zirə”nin futbolçusu Bahadur Quliyev ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

U-14 Liqasında keçirilməli olan “Daşqın” – “Qəbələ” qarşılaşması “Daşqın”ın oyuna vaxtında gəlməməsi səbəbindən keçirilmədiyinə görə “Daşqın”a 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

U-13 Liqasında keçirilən “Baku Boys” – EFA oyununda “Baku Boys”un futbolçusu Cavidan Əlizadə qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına və sonradan texniki zonadan hakimi təhqir etdiyinə görə 3 oyun cəzalandırılıb.

U-12 Liqasında keçirilməli olan “Hil” (Qusar) – “Şahdağ” FK (Qusar) qarşılaşması “Hil”in oyuna vaxtında gəlməməsi səbəbindən baş tutmadığı üçün “Hil”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-11 Liqasında keçirilməli olan “EFA” – “Xudafərin” qarşılaşması “Xudafərin”in oyuna vaxtında gəlməməsi səbəbindən baş tutmadığı üçün “Xudafərin”a 0:3 hesablı texniki məğlubiyyət verilib.