
Daha bir ulduz futbolçu karyerasını bitirir
- 25 Apr 2022 19:00
- 462
“Monako”nun yarımmüdafiəçisi Sesk Fabreqas mövsümün sonunda karyerasını başa vuracaq.
Rekord.az xəbər verir ki, bu barədə “Get French Football News” məlumat yayıb. 34 yaşlı ispaniyalı yarımmüdafiəçi “Monako”nun ikinci komandası ilə oyunda zədələnib və çox güman ki, bu mövsüm meydanda görünməyəcək.
Onun “Monako” ilə müqaviləsi yayda başa çatır. Fransa klubu Fabreqasla yeni müqavilə imzalamayacaq. Futbolçunun mövsümün sonunda karyerasını bitirəcəyi bildirilir.
Fabreqas 2019-cu ildən “Monako”da çıxış edir.