
Daha bir komanda I Divizionda oynamaq istəyir
- 04 Apr 2023 17:00
- 932
Daha bir bölgə komandası növbəti mövsümdən I Divizionda çıxış etmək istəyir.
Rekord.az xəbər verir ki, söhbət Ağstafadan gedir.
Əldə etdiyimiz məlumata görə, yerli futbol adamları bununla bağlı AFFA-ya müraciət edib. Belə ki, hazırda komandaya sponsorluq etmək istəyən şəxs var. Lakin həmin şəxs üçün komandanı təkbaşına saxlamaq çətin olduğu üçün AFFA-dan yardım istəyir. Məlum olduğu kimi, federasiya bu ildən etibarən I Divizionda çıxış edən hər klubu dövlət tərəfindən ayrılan 300 min manatlıq yardımla təmin edəcək. Ağstafa təmsilçisi də bu ümidlə AFFA-ya müraciət edib. Hələlik məsələ açıq olaraq qalır. Lakin bölgə təmsilçisinin nümayəndələri federasiyadan müsbət cavab gözləyir.