Daha bir bölgə təmsilçisi I Divizionda oynamaq istəyir
- 11 Mar 2023 15:00
- 918
"Region Liqası"nda çıxış edən daha bir komanda növbəti mövsüm I Divizionda çıxış etmək istəyir.
Rekord.az xəbər verir ki, söhbət "Neftçala"dan gedir.
Bölgə təmsilçisi bununla bağlı AFFA-ya müraciət edəcək. Komanda rəhbərliyi artıq Neftçala stadionuna əl gəzdirmək haqda da düşünür. Rayonun icra hakimiyyəti də komandaya dəstək olacağına söz verib.