
Daha bir bölgə klubu ev oyunlarını Şamaxıda keçirəcək
- 11 Sen 2025 21:40
- 47
Azərbaycan 1-ci Liqasında çıxış edən "Şimal" rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcək.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın ev oyunlarını keçirdiyi Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu 1-ci Liqa matçları üçün əlverişsiz hesab olunduğundan Şimal təmsilçisi Şamaxıya köçüb.
Xatırladaq ki, hazırda Premyer Liqasında çıxış edən "Karvan-Yevlax" da ev oyunları üçün Şamaxı şəhər stadionunu sifariş edib.