Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində “Quba - İdman Paytaxtı 2024" çərçivəsində atletika idman növü üzrə kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd atletika idman növünə uşaq və yeniyetmələrin marağının artırılması, idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.