Gənc boksçular arasında Azərbaycan birinciliyində üçüncü günün döyüşləri başa çatıb. Rekord.az xəbər verir ki, 50 komandanın 176 idmançısının qatıldığı yarışda bu gün 6 çəki dərəcəsində 36 qarşılaşma keçirilib.

Bu gün baş tutan döyüşlərdən sonra 48, 51, 54 kq çəki dərəcələrində yarımfinala yüksələn boksçular bəlli olub. 63,5, 67 və 71 kq çəki dərəcələrində isə 1/4 yarımfinalçılar müəyyənləşib.

Görüşlər milli üzvləri üçün uğurlu alınıb. Elgün Babayev (51 kq), Zaur Qəhrəmanov (63,5), Səid Abdullayev və Qulu Quliyev (hər ikisi 67 kq) mərhələ adlayıblar. Yeniyetmələrdən gənclərə keçən Ramal Yolçuyev, Kənan Babayev (hər ikisi 48 kq), Mahir Süleymanov (54 kq), Fuad Babayev və Sənan Hətəmov (hər ikisi 71 kq) da rinqdən üstün ayrılıblar.

Sabah təşkil olunacaq birinciliyin IV günündə 32 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən yarışa fevralın 16-da yekun vurulacaq.

Azərbaycan birinciliyi
Üçüncü günün nəticələri

1/4 final

48 kq
Kənan Babayev (“Təhsil” RİM) – Kamran Rəsulov (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib
Ağası Əliyev (UGM-7) – Tofiq Quliyev (“Qəbələ” İK) – 1:4
Ramal Yolçuyev (Qəbələ) – İlkin Qasımov – birinci döyüşə gəlməyib
Tural Sarıyev (“Neftçi” İK) – Sinan Əliyev (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib

51 kq
Elgün Babayev (“Təhsil” RİM) – Əli Mehraliyev (Astara) – 5:0
Elsevər Abdullayev (“Neftçi” İK) – Valid Bağırov (Lənkəran) – 5:0
Amin Məmmədzadə (“Təhsil” RİM) – Kamil Həşimov (Sumqayıt) – 5:0
Cəlil Cəfərli (Abşeron) – Nihat Tağızadə (“Qızıl əlcək” İK) – 0:5

54 kq
Mövsüm Həsənzadə (Naxçıvan MR) – Kamil Babayev (“Təhsil” RİM) – ikinci qalib gəlib
Mahir Süleymanov (UGM-11) – Emil Quliyev (UGM13) – 5:0
İbrahim Əliyev (ROİL) – Rəvan Mahmudov (Şabran) – 5:0
Elman Mərdanzadə (Sumqayıt) – Mətin Məmmədov (DİN İC) – ikinci tam üstünlüklə qalib gəlib

1/8 final
63,5 kq
Tamerlan Əliyev (METE İK) – Murad Rəhimov (Naxçıvan) – 5:0
Əli Ovçiyev (METE İK) – Elçin Süleymanov (Şirvan) – 0:5
Elsevər Gülbalayev (Siyəzən) – Aydın Yusifov (Salyan) – 5:0
Vəli Abdullayev (ROİL) – Elmar Rəhimov (Cəlilabad) – 4:1
Qasım Qasımov (“Neftçi” İK) – Rəsul Məmmədov (“Təhsil” RİM) – 3:2
Tacir Hüseynov (Mingəçevir) – Emil Əhmədov (Gəncə) – ikinci tam üstünlüklə qalib gəlib
Zaur Qəhrəmanov (Lənkəran) – Nihad Ramazanov (Şabran) – birinci tam üstünlüklə qalib gəlib
İkram Şeydayev (ROİL) – Məhəmməd Həbibli (Biləsuvar) – 1:4

67 kq
Səid Abdullayev (“Neftçi” İK) – Yusifalı İbrahimov (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlib
Oruc Paşalı (RİM-1) – Elmar Həziyev (Balakən) – ikinci tam üstünlüklə qalib gəlib
Ayxan Rəhimov (Şəmkir) – İlkin Qafarov (MOİK) – birinci tam üstünlüklə qalib gəlib
Taleh Qasımoğlu (Z-1) – Bəhruz Əsədov (Şirvan) – birinci tam üstünlüklə qalib gəlib
Şəmsi Şahbazov (MOİK) – Şəhriyar Kərimov (Sabirabad) – birinci tam üstünlüklə qalib gəlib
Natiq Məmmədov (Mingəçevir) – Musa Mürsəlov (İmişli) – ikinci tam üstünlüklə qalib gəlib
Qulu Quliyev (“Təhsil” RİM) – Fərhad Şeydayev (RENGR) – 5:0
Rəvan Hacıyev (Siyəzən) – Elnur Abdullazadə (Tərtər) – 0:5

71 kq
Daniel Xolostenko (“Qızıl əlcək” İK) – Xıdıl Hüseynov (Mingəçevir) – birinci qalib gəlib
Fuad Babayev (“Neftçi” İK) – Məhəmməd Həsənzadə (Şabran) – 3:2
Murad Xəlilov (Gəncə) – Fərhad Rəhimov (Biləsuvar) – 5:0
Rəvan Quliyev (Tərtər) – Amil Əliyev (Şirvan) – 5:0
Kamil Ağazadə (“Garpa Renzo” İK) – Dədəkişi Kazımov (Astara) – 1:4
Sənan Hətəmov (RİM-1) – Aqil Zülfüqarov (Sumqayıt) – birinci qalib gəlib
Nicat Qurbanov (“Təhsil” RİM) – Nəzir Məmmədov (MOİK) – 0:5
Firudin Vəliyev (“Səbail” İK) – Lətif Həsənov (“Sərhədçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib