Dadaşovun klubu Almaniya millisinin sabiq üzvü ilə gücləndi
- 2024-09-12 21:14
- 126
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” heyətini almaniyalı futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Niko Şultsla anlaşıb. Almaniya millisinin sabiq üzvü “Ankaragücü” ilə 2 illik müqavilə imzalayıb.
Şults daha əvvəl “Herta”, “Borussiya” (Münhenqladbax), “Hoffenhaym” və “Borussiya” (Dortmund) klublarında oynayıb.