Culfada rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şəhid Rzalı Daşqın Elşad oğlunun və şəhid Hüseynli Rəşad Ramiz oğlunun xatirəsinə həsr olunmuş stolüstü tennis birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ölkəmizin azadlığı və suverenliyi uğrunda həyatını fəda edən qəhrəmanlarımızın gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Yarışa fəxri qonaq qismində dəvət olunmuş şəhid ailəsi üzvləri Gültəkin Abdullayeva və Ramiz Hüseynov təşkilatçılara təşəkkür edib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar.

Yarışda 22 məktəbli qələbə uğrunda mübarizə aparıb. İlk üç yerin sahibləri diplomla təltif olunub.

 Sıralama:

1-ci yer: Cəsur Rzazadə

2-ci yer: Turan Fərzəliyev

3-cü yer: Hadi Nurisoy