Culfada “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis yarışı
- 15 Mar 2023 10:30
- 377
Naxçıvan MR-nın Culfa rayonunda ümumtəhsil məktəblərin oğlan və qız şagirdləri arasında “Heydər Əliyev İli” ilə əlaqədar olaraq stolüstü tennis üzrə rayon turniri keçirilib.
Muxtar Respublikanın gənclər və idman idarəsindən Rekord.az-a verilən məlumata görə, Culfa şəhər 3 nömrəli tam orta məktəbdə reallaşan yarışda 20 iştirakçı qələbə uğrunda mübarizə aparıb.
İlk üçlükdəki məktəblilər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Nəticələr:
Oğlanlar
1-ci yer: Cəsur Rzazadə
2-ci yer: Sübhan Bayramlı
3-cü yer: Turan Fərzəliyev
Qızlar
1-ci yer: Özləm Məmmədli
2-ci yer: Zeynəb Əliyeva
3-cü yer: Nurgül Nuri