Cüdoçularla görüş təşkil edilib
- 17:00
- 38
"Gələcəyin ümidləri" təlim proqramına cəlb olunan cüdoçularla görüş keçirilib.
Rekord.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, milli komandaların performans direktoru Riçard Trautman, həmçinin yeniyetmələrdən ibarət yığmaların məşqçilər heyəti iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, "Gələcəyin ümidləri" təlim proqramına U-16 və U-17 yaş qrupları üzrə "İstedadların seçimi" turnirinin iki turunun yekun reytinq sıralamasında hər çəki dərəcəsi üzrə ilk dörd pillədə qərarlaşan ümumilikdə 124 idmançı cəlb olunub.
Çıxışlar zamanı yeniyetmə cüdoçular proqramda yer almaları münasibətilə təbrik olunub, onların gələcək inkişafında texniki-taktiki hazırlığın mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, bu yaş mərhələsində əsas prioritet yalnız nəticə qazanmaq deyil, eyni zamanda idmançıların düzgün formalaşdırılması, potensialının açılması və uzunmüddətli inkişafının təmin edilməsidir.
Bununla yanaşı, "İstedadların seçimi" turnirinin keçirilməsində başlıca məqsədin milli komanda üçün sağlam və rəqabətqabiliyyətli baza yaratmaq, perspektiv vəd edən cüdoçuları müəyyənləşdirmək, eləcə də dayanıqlı ehtiyat qüvvə formalaşdırmaq olduğu diqqətə çatdırılıb.