Cüdoçularımız Xabarovskda beynəlxalq toplanışda iştirak ediblər
- 20:40
- 44
Azərbaycanın yeniyetmə oğlan cüdoçulardan ibarət millisi Rusiyanın Xabarovsk şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Rekord.az xəbər verir ki, hazırlıq prosesində 5 cüdoçu iştirak edib.
Xatırladaq ki, idmançılar daha əvvəl Xabarovskda Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizə aparıblar.
Azərbaycan cüdoçuları yarışı 1 qızıl və 1 bürünc medalla tamamlayıb.