Özbəkistanın paytaxtı Daşkənddə beynəlxalq təlim-məşq toplanışı start götürüb.


Rekord.az xəbər verir ki, hazırlıq prosesinə Azərbaycanın 19 cüdoçusu (12 kişi, 7 qadın) qatılıb.


İdmançılara kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədov başçılıq edir.


13 ölkənin iştirak etdiyi təlim düşərgəsi martın 6-da başa çatacaq.