Cüdo qaydalarındakı dəyişikliklərə həsr olunmuş seminar
- 16:40
- 31
Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi qaydalardakı dəyişikliklərə həsr olunmuş seminar keçirilib.
Rekord.az xəbər verir ki, seminar ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-nin hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunub.
Tədbirdə "yuko" xalının hansı vəziyyətlərdə verilib-verilməməsi, "kumikata"nın qırılması zamanı icazə verilən hallar və "şido" cəriməsinin tətbiq olunma meyarları, vaxtı uzatmağa görə veriləcək "şido" cərimələri, "uşiro-sankaku" texnikasının tətbiqi zamanı nəzərə alınacaq nüanslar, passivliklə bağlı "şido" cəriməsinin verilməsində yeniliklər və görüş zamanı tibbi müdaxilə ilə bağlı dəyişikliklərlə əlaqədar müzakirələr aparılıb.
Yeniliklər izah edilib, dəyişikliklər əyani şəkildə nümayiş etdirilib.