Cüdo millimizin üzvləri üçün şahmat dərsi
- 16:20
- 34
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo millisinin üzvləri üçün şahmat dərsi təşkil olunub.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məşğələnin əsas məqsədi cüdoçuların çevik qərarvermə, strateji düşünmə və analitik yanaşma bacarıqlarını inkişaf etdirmək olub.
Eyni zamanda, təlim-məşq toplanışı ərzində onların asudə vaxtlarının səmərəli və faydalı keçirilməsi də nəzərə alınıb.