Coratda 3x3 basketbol yarışı keçirilib
- 21:00
- 36
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər, Corat qəsəbəsi 7 nömrəli tam orta məktəbdə həvəskar gənclər arasında 3x3 basketbol yarışı keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd sağlam həyat tərzinin təşviqi, dostluq münasibətlərinin inkişaf etdirilməsi və gənclərin idman fəaliyyətində fəal iştirakının dəstəklənməsi olub.
Yarışın nəticələrinə əsasən I yerə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin könüllülərindən ibarət "Professionallar" komandası, II yerə İstedad liseyinin "Zəfər" komandası, III yerə isə Sumqayıt Gənclər Evinin eyni adlı komandası layiq görülüb. Qalib komandalara Regional İdarənin kubok və diplomları təqdim olunub.