"Çelsi"nin sabiq yarımmüdafiəçisi Co Koul "mavilər"in cinah oyunçusu Mixail Mudrikin çıxışı haqda danışıb.

Rekord.az xəbər verir ki, o. gənc futbolçu haqda müsbət fikirlər səsləndirib.

Onu hətta Robbenə bənzədib: “Mudrik klub üçün top-oyunçu olacaq. O, ayaqlarını əla hərəkət etdirir və bu bacarığı sayəsindı azarkeşlərə həzz verəcək. Mudriki oyun üslubuna görə Robbenə bənzədərdim. Lakin düşünürəm ki, öz üzərində çalışıb daha da artıracaq".