
ÇL: “Qarabağ”ın cavab oyununu tanınmış hakim idarə edəcək
- 16:00
- 34
Bakıda "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
Rekord.az xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.
Görüşü FIFA referisi Kleman Turpen idarə edəcək. Ona Nikolas Danos və Aleksis Auqer kömək edəcəklər. Dördüncü hakim Roman Lussorqe olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.