“Bayern”in yarımmüdafiəçisi Lennart Karl UEFA Çempionlar Liqasının tarixinə düşüb.


Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, oyunçu buna Portuqaliya təmsilçisi "Sportinq"ə qalib gəldikləri (3:1) Liqa mərhələsinin VI turunun oyununda fərqlənməklə nail olub.


Münhen komandasının ikinci qoluna imza atan Karl ÇL-də ardıcıl üç matçda buna nail olan ən gənc futbolçu adına sahib çıxıb. Almaniyalı yarımmüdafiəçi bunu 17 yaş 290 günlüyündə bacarıb.


Daha əvvəl fransalı Kilian Mbappe 18 yaş 113 günlüyündə ardıcıl üç qarşılaşmada fərqlənib.