Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Serxio Buskets (“Barselona”), Serj Qnabri (“Bavariya”), Ussem Auar (“Lion”) və Kevin de Bruyne (“Mançester Siti”) namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.