
ÇL: “Çelsi” “Borussiya”ya məğlub oldu
- 16 Fev 2023 01:57
- 394
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Rekord.az xəbər verir ki, oyunlardan biri Belçikada, digəri Almaniyada baş tutub.
Dortmund "Borussiya"sı İngiltərə təmsilçisi "Çelsi"ni qəbul edib. Almanlar bu oyundan qələbə ilə ayrılıblar.
Digər oyunda isə Portuqaliyanın "Benfika" komandası “Brügge"nin qonağı olub. Bu qarşılaşma isə qonaqların qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, 1/8 finalın ilk oyun günündə Almaniyanın "Bayern" komandası Fransada PSJ-yə, İtaliya "Milan"ı isə evdə İngiltərənin "Tottenhem" kollektivinə 1:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
15 fevral
"Borussiya" (Dortmund, Almaniya) - "Çelsi" (İngiltərə) 1:0
Qol: Adeyemi, 63.
Baş hakim: Xesus Gil Manzano (İspaniya).
Dortmund. "Siqnal İduna Park" stadionu.
"Brügge" (Belçika) - "Benfika" (Portuqaliya) 0:2
Qol: J.Mario, 51-pen. D.Neres, 88.
Baş hakim: Davide Massa (İtaliya)
Brügge. "Yan Breydel" stadionu.