Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi daha bir beynəlxalq yarışda mükafat qazanıb. "Rekord.az" xəbər verir ki, komandamız Türkiyənin Çatalca bölgəsində təşkil olunan “Bioderma Pro Beach Tour” açıq çempionatında uğurlu çıxış edib.
FIVB reytinq xalları qazandıran və 16 komandanın iştirak etdiyi yarışda ölkəmizi İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütlüyü təmsil edib. Voleybolçularımız çempionatı üçüncü pillədə başa vurublar.
Qadınların yarışında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü isə 16 komanda arasında 5-ci yeri tutub.
Qeyd edək ki, komandalarımız yarışda baş məşqçi Atvars Vildenin rəhbərliyi altında mübarizə aparıblar.