Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak edəcəklər
- 12:46
- 39
Çimərlik voleybolçularımız beynəlxalq turnirdə mübarizə aparacaqlar. "Rekord.az" xəbər verir ki, həm qadınlardan, həm də kişilərdən ibarət Azərbaycan yığma komandaları Türkiyədə keçiriləcək yarışda iştirak edəcəklər.
FIVB reytinq xalları qazandıracaq yarış 11-16 avqust tarixlərində Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.
Yarışda ölkəmiz baş məşqçi Atvars Vildenin rəhbərliyi ilə bir qadın (Səbinə Əlizadə/Leyla Əliyeva) və bir kişi (İbrahim Məmmədov/Muhəmməd Aslanlı) komandası ilə təmsil olunacaq.