Çimərlik voleybolçularımız Avropa çempionatında mübarizəyə başlayıb
- 21:14
- 20
Çimərlik voleybolu üzrə U-20 Avropa çempionatına start verilib. "Rekord.az" xəbər verir ki, İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda oğlanların mübarizəsində 33 ölkədən 40 cüt, qızların yarışında isə 33 ölkədən 41 cüt iştirak edir.
Azərbaycanı yarışda təmsil edən İbrahim Məmmədov/Muhamməd Aslanlı və Səbinə Əlizadə/Leyla Əliyeva mübarizəyə təsnifat mərhələsindən başlayıblar.
Qızlarımız bu mərhələdə Portuqaliya təmsilçilərinə 0:2 (14:21, 16:21) hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.
İbrahim Məmmədov/Muhamməd Aslanlı cütü isə təsnifat mərhələsində Serbiya təmsilçilərinə 2:0 (21:6, 21:11) hesabı ilə qalib gələrək əsas mərhələyə yüksəlib.
Bu gün əsas mərhələdə ilk oyununa çıxan oğlanlarımız reytinq cədvəlində 6-cı pillədə qərarlaşan Finlandiya təmsilçiləri Vanhatupa/Viljamaa ilə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə İbrahim Məmmədov/Muhamməd Aslanlı 2:1 (14:21, 21:18, 15:10) hesabı ilə qalib gəlib.
Komandamız sabah növbəti oyununu Norveçdən olan Kjemperud/Ringoen cütünə qarşı keçirəcək.