Çili millisindən Bakıdakı DÇ-də növbəti qələbə
- 22:30
- 33
Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün Çili və Küveyt milli komandaları üz-üzə gəlib.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Çili millisi üstün oyun nümayiş etdirərək qələbə qazanıb. Görüş ərzində rəqib qapısından iki cavabsız top keçirən Cənubi Amerika təmsilçisi Küveyt yığmasını 2:0 hesabı ilə məğlub edib. Beləliklə, Çili millisi turnirdə növbəti qələbəsini rəsmiləşdirərək hesabına üç xal yazdırıb.
Günün digər oyununda Özbəkistan və Qazaxıstan yığmaları qarşılaşıb. Hər iki komanda etibarlı oyun nümayiş etdirib. Tərəflərin səylərinə baxmayaraq, qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, komandalar hərəyə 1 xal qazanıblar.