Qadın voleybolçulardan ibarət “Gəncə” klubu daha bir legionerin keçidini reallaşdırıb. "Rekord.az" xəbər verir ki, gəncə təmsilçisi bu dəfə heyətini çex voleybolçu Karolina Nova ilə gücləndirib.
25 yaşlı hücumçu ən azı bir il Gəncə təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Karolina Nova son mövsümü Fransanın “Quimper Volley” komandasında keçirib. Bundan əvvəl isə o, Çex Respublikası və ABŞ klublarında çıxış edib.