Avropa Voleybol Konfederasiyasının (CEV) sabiq prezidenti Aleksandar Boriçiç vəfat edib. "Rekord.az" xəbər verir ki, dünya voleybolunun inkişafında əvəzsiz xidmətləri olmuş mütəxəssis 78 yaşında dünyasını dəyişib.

Voleybol karyerasına oyunçu kimi başlayan Boriçiç 1969-1978-ci illərdə 103 beynəlxalq matçda meydana çıxıb. O, 1975-ci ildə Yuqoslaviya yığmasının heyətində Avropa çempionatında bürünc medal qazanıb. Mütəxəssis sonralar məşqçilik fəaliyyəti ilə məşğul olub, idman administratoru kimi dünya voleybolunun inkişafına mühüm töhfələr verib. A.Boriçiç həmçinin Beynəlxalq Voleybol Federasiyasının (FIVB) vitse-prezidenti və Serbiya Voleybol Federasiyasının fəxri prezidenti olub.