CEV-dən həmyerlimizlə bağlı təyinat
- 11:05
- 29
Avropa Voleybol Konfederasiyası növbəti dəfə azərbaycanlı hakimə etimad göstərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çempionlar Liqasının oyununda baş hakim olacaq. E.Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Eczacıbaşı İstanbul” (Türkiyə) və “Olympiacos Piraeus” (Yunanıstan) klublarının qarşılaşmasını idfarə edəcək. Bu gün Türkiyədə keçiriləcək oyunun ikinci hakimi isə polşalı Wojciech Maroszek icra edəcək.