Macarıstan mətbuatında ölkənin futbol üzrə milli komandası ilə bağlı maraqlı məlumat yayılıb.

Rekord.az xəbər verir ki, yayılan məlumatda "Ferenstvaroş"un baş məşqçisi Stanislav Çerçesovun Macarıstan millisinə baş məşqçi təyin olunacağı qeyd olunur.

Macarıstan Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Qerqo Sabo isə yayılan məlumatları təkzib edib: "Futbol federasiyası olaraq, Çerçesovun "Ferenstvaroş"la avrokuboklardakı çıxışından razıyıq. Amma onun adı millinin baş məşqçisi postuna namizədlər sırasında yoxdur. Bizim Marko Rossi ilə uzun müddətli müqaviləmiz var və ona inanırıq".