
Cənubi koreyalı voleybolçu Bakı klubunda
- 12 İyn 2025 12:31
- 51
Bakının qadın voleybolçulardan ibarət "AZERRAIL" klubu yeni mövsüm öncəsi koreyalı voleybolçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, son çempion Sol Koonun keçidini rəsmiləşdirib.
Cənubi koreyalı voleybolçu ən azı bir il Bakı təmsilçisinin şərəfini qoruyacaq.
24 yaşlı voleybolçu oyunqurucu mövqeyində çıxış edir.