Təhsil "RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə iyunun 28-də Fişer şahmatı üzrə onlayn blits turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə Lənkəranla yanaşı, Bakı, Sumqayıt, Gəncə, Samux və digər regionlardan da şahmatçılar mübarizə aparıblar.

"Cənub mirvarisi” open blits turnirinin qalibi 9 turdan 8 xal toplayan Lənkəran şahmat məktəbinin yetirməsi Elnur Əliyev olub. İkinci və üçüncü yerləri 7 xalla Gülsənəm Ağayeva (Lənkəran) və Aytac Məmmədova (Samux) tutublar.