"Kəpəz" və "Karvan"ın sabiq futbolçusu Mətləb Məmmədov Premyer Liqada gedən çempionluq mübarizəsi haqda fikirlərini bölüşüb.

Rekord.az-a açıqlamasında veteran futbolçu mübarizənun üç komanda arasında gedəcəyini bildirib: "Qarabağ" hər zaman favoritdi. Bu komandadan başqa, "Neftçi" və "Sabah" da iddiasına, heyətinə və büdcəsinə görə seçilir. Düşünürəm ki, çempionluq mübarizəsi bu üç komandanın arasında gedəcək".