UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına bu gün start veriləcək.


Rekord.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.


"Mançester Siti" İngiltərədə İspaniyanın "Real" komandasının müqavimətini qırmağa çalışacaq. Madriddəki ilk görüşdə meydan sahibləri üç cavabsız qolla qalib gəlib.


İngiltərənin digər komandası "Çelsi" turnirin son çempionu PSJ-nin qonağı olacaq. Parisdəki birinci oyunda London klubu 2:5 hesabı ilə uduzub.


UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

17 mart


21:45. "Sportinq" (Portuqaliya) - "Bodo Qlimt" (Norveç)

İlk oyun - 0:3


00:00. "Arsenal" (İngiltərə) - "Bayer" (Almaniya)

İlk oyun - 1:1


00:00. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 2:5


00:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)

İlk oyun - 0:3