Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, başa çatan 1/8 final oyunlarından sonra Portuqaliyada təşkil olunacaq final mərhələsində üz-üzə gələcək komandalar dəqiqləşib.

Bir matçdan ibarət olacaq bu qarşılaşmalar avqustun 12-15-də təşkil olunacaq. Görüşlər Portuqaliyanın paytaxtı Lissabondakı "Da Luj" və "Joze Alvelade" stadionlarında baş tutacaq.

Qeyd edək ki, 1/4 finalda 5 ölkə təmsilçisi iştirak edəcək. Bunlar “Böyük beşlik” təmsilçiləridir. İspaniya, Almaniya və Fransa hərəyə 2, İtaliya və İngiltərə hərəyə 1 komanda ilə Portuqaliyada təmsil olunacaq.

UEFA Çempionlar Liqası
1/4 final

12 avqust
Atalanta (İtaliya) - PSJ (Fransa)

13 avqust
Leyptsiq (Almaniya) - Atletiko (İspaniya)

14 avqust
Barselona (İspaniya) - Bavariya (Almaniya)

15 avqust
Mançester Siti (İngiltərə) – Olimpik (Lion, Fransa)