Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirildi
- 13:40
- 36
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" və "Orhus" kollektivləri arasında baş tutacaq cavab oyununun hakimləri dəyişdirilib.
Rekord.az xəbər verir ki, UEFA daha əvvəl qarşılaşmaya Juan Pineyrunun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadasını təyin etsə də, sonradan bu təyinatı dəyişib.
Bakıda keçiriləcək matçı Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Fenjan və Valentin Evrard kömək edəcək, dördüncü hakim funksiyasını Erik Vattellye yerinə yetirəcək. VAR hakimi Bastyen Deşepi, AVAR isə Nikolya Renvil olacaq.
Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.