Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib.

Sports.az xəbər verir ki, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib.

"Arsenal" İngiltərədə "Sportinq" komandası ilə qarşılaşıb və oyun qolsuz bitib. Birinci görüşdə vurduğu 1 qol hesabına "Arsenal" yarımfinala adlayıb.

"Real" isə Almaniyada "Bayern"in qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:3. 

Beləliklə, “Bayern” yarımfinalda PSJ-yə, “Arsenal” isə “Atletiko”ya rəqib olub.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları

15 aprel

Arsenal (İngiltərə) – Sportinq (Portuqaliya) 0:0
İlk oyun – 1:0

Bayern (Almaniya) – Real (İspaniya) 4:3
Qollar: A.Pavloviç, 6. H.Keyn, 38. L.Dias, 89. M.Olise, 90+4 – A.Gülər, 1; 29. K.Mbappe, 42.
İlk oyun – 2:1